“Xetafe” klubu baş məşqçisi Kike Flores postundan qovub. Corner.az xəbər verir ki, buna sözügedən komandanın çempionatın XXXI turunda komandanın öz meydanında “Almeriya”ya 1:2 hesabı ilə məğlub olması səbəb göstərilib.
“Xetafe” hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
Qeyd edək ki, Kike Flores 2021-ci ilin oktyabrından bəri “Xetafe”ni çalışdırıb. İspaniyalı daha əvvəl 2004-2005 və 2015-ci illərdə də bu komandaya rəhbərlik edib.