Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Marko Roysla müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Roys 2012-ci ildən “Borussiya”da top qovur. O, Dortmund təmsilçisinin heyətində 382 oyuna 161 qol vurub. Təcrübəli vinger Almaniya millisində də 48 oyunda 15 qola imza atıb.