26 oktyabr 2024. Şənbə

Neftçi'nin qapıçısı qalır yoxsa gedir?


  • Transfer
  • 10:35 28.04.2023
  • Oxunma sayı: 105
Neftçi'nin qapıçısı qalır yoxsa gedir?
“Neftçi”nin qapıçısı İvan Brkiç klubu ilə yeni müqaviləyə imza atmağa yaxındı. Corner.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
 
Məlumatda, bir neçə xarici klubun diqqət mərkəzində 28 yaşlı qolkiperin Bakıda xoşbəxt olduğu və klubunu dəyişmək fikrində olmadığı vurğulanıb. Lakin Brkiçin fikrini yalnız həmyerlisi olan  Trabzonspor”un yeni baş məşqçisi Nenad Byelka dəyişə biləcəyi də bildirilib.

Brkiçdən razı olan “ağ-qaralar”ın rəhbərliyi də bu səbəbdən onunla ən qısa zamanda yeni müqavilə imzalamağa hazırlaşır.
  
Qeyd edək ki, ötən ilin yayından “Neftçi”nin şərəfini qoruyan İvan Brkiçin müqaviləsi mövsümün sonuna qədərdi.
 






Transfer