26 oktyabr 2024. Şənbə

Milan millimizin rəqibi ilə güclənir


  • Transfer
  • 10:44 28.04.2023
  • Oxunma sayı: 115
Milan millimizin rəqibi ilə güclənir
“Bolonya”nın hücumçusu Marko Arnautoviç İtaliyada klubunu dəyişə bilər. Corner.az saytı xəbər verir ki, “Milan” 34 yaşlı oyunçu ilə ilkin danışıqlar aparır.
 
“Rossonyerlər” Avstriya yığmasının üzvünün yayda komandadan ayrılması gözlənilən Zlatan İbrahimoviçi əvəzləyəcək səviyyədə olduğunu düşünür.
 
. A seriyası təmsilçisi yayda Zlatan İbrahimoviçlə yanaşı, Divok Oriqi və Ante Rebiçlə də yollarının ayırması gözlənilir. “Milan” bu səbəbdən təcrübəli forvardı heyətinə qatmaq istəyir. “Bolonya”nın onu 5 milyon avrodan az məbləğə satmağa hazır olduğu da iddia olunub.

İngiltərə mətbuatının iddiasına görə isə, Arnautoviçlə Premyer Liqa klubları "Everton" və "Mançester Yunayted" də  maraqlanır.
 
Qeyd edək ki, Avstriya yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. “Milan”ın transfer istəyi reallaşsa, Arnautoviç oktyabrın 16-da Azərbaycana qarşı səfər görüşünə bu klubun üzvü kimi gələcək.






Transfer