26 oktyabr 2024. Şənbə

Trabzonspor'da ayrılıq


  • Transfer
  • 13:45 28.04.2023
  • Oxunma sayı: 79
Trabzonspor'da ayrılıq
“Trabzonspor” müdafiəçisi Bruno Peres ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Braziliyalı oyunçunun alacağı vəsaitin bir hissəsindən imtina etdiyi, yerdə qalan hissənin isə altı dəfəyə ödəniləcəyi diqqətə çatdırılıb.
 
Peres “Trabzonspor”a 2021-ci ilin mayında “Roma”dan transfer edilmişdi. O, Türkiyə klubunun heyətində 46 oyuna 1 qol vurub. Lakin uzun müddət idi zədədən əziyyət çəkən futbolçu komandaya kömək edə bilmirdi.






Transfer