23 dekabr 2025. Çərşənbə axşamı

Fernando Torresin baş məşqçi kimi yeni işi bilindi


  • Transfer
  • 13:50 28.04.2023
  • Oxunma sayı: 107
Fernando Torresin baş məşqçi kimi yeni işi bilindi
“Atletiko”nun keçmiş hücumçusu Fernando Torres gələn mövsümdən Madrid klubunun əvəzedici komandasının baş məşqçisi olacaq. Corner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
 39 yaşlı mütəxəssis əvvəllər – 2021-ci ilin iyunundan “Atletiko”nun gənclər komandasının məşqçisi vəzifəsində çalışıb.
 
Torres “Atletiko”nun yetirməsidir. Karyerası ərzində İngiltərənin “Liverpul”, “Çelsi”, İtaliyanın “Milan” və Yaponiyanın “Saqan” Tosu klublarında çıxış edən,Torres 2019-cu ildə karyerasını başa vurub.
 
Torres İspaniya millisinin heyətində ikiqat Avropa çempionu (2008 və 2012) və dünya çempionudur (2010).






Transfer