"Mançester Yunayted” yarımmüdafiəçisi Aleksandro Qarnaço ilə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Qırmızı şeytanlar” 18 yaşlı hücumameyilli oyunçunun sözləşməsini 2028-ci ilə qədər yenilədiyini diqqətə çatdırıb.
İspaniyalı oyunçu ingilis nəhəngində karyerasını davam etdirdiyi üçün şərəf duyduğunu bildirib: “Bu möhtəşəm kluba qoşulanda arzum “Old Trafford”da debüt etmək, ilk qolumu vurmaq və sinəmdəki bu nişanla kuboklar qazanmaq idi. “Mançester Yunayted”də səyahətimizi davam etdirməkdən şərəf duyuruq. Artıq növbəti hədəflərim və ambisiyalarım üzərində işləməyə başlamışam”.
Qeyd edək ki, Qarnaço bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.