26 oktyabr 2024. Şənbə

Bellinqem qərarını verdi


  • Transfer
  • 21:46 29.04.2023
  • Oxunma sayı: 92
Bellinqem qərarını verdi
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqem gələcəyi ilə bağlı qərarını verib. Corner.az xəbər verir ki,  20 yaşlı futbolçu gələn mövsümdən "Real"da çıxış etmək arzusundadı.

İngiltərə millisinin üzvü karyerası cəhətdən “kral klubu”na keçidi yaxşı variant olaraq görür. Tərəflər arasında ilkin razılığı əldə edən “Real” rəhbərləri yaxın vaxtlarda “Borussiya” ilə danışıqlara başlayacaq.

Madridlilər ingilis oyunçu üçün 120 milyon avrodan çox təklif etməyəcək.
 
Qeyd edək ki, Cud Bellinqem bu mövsüm “Borussiya”nın heyətində 39 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə verib.






Transfer