“Əgər Mbappe Çempionlar Liqasını qazanmaq, dünyanın ən yaxşı futbolçusu olmaq və “Qızıl top”u qazanmaq istəyirsə, PSJ-dən ayrılsın”. Corner.az xəbər verir ki, bunu Emmanuel Petit deyib.
1998-ci ildə Fransa millisinin heyətində dünya çempionu olmuş keçim oyunçu həmyerlisi üçün İspaniyanın daha yaxşı variant olduğunu bildirib: “Mbappe PSJ-ni tərk etməlidir. Onun hələ də Madrid “Real”ına keçmək variantı var. İnanıram ki, “Real”ın qapısı onun üçün hələ də açıqdır, amma bəlkə də iki il əvvəlki qədər geniş deyil”.
Xatırladaq ki, Mbappemim ötən il “Real” keçmək variantı olsa da, son anda PSJ ilə müqaviləsini uzatmağa qərar verdi.