Srna Şaxtyor'a qayıtdı - RƏSMİ
-
Transfer
-
14:01 20.06.2019
-
Oxunma sayı: 484
İtaliyanın "Kalyari" klubundan ayrılan və futbolçu karyerasını başa vurmağa hazırlaşan Dario Srna "Şaxtyor"a qayıdır.Corner.az Ukrayna klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 37 yaşlı futbolçu sabiq komandasında məşqçi işləyəcək. Xorvatiyalı veteran futbolçu yeni baş məşqçisi Luiş Kaştrunun köməkçilərindən biri olacaq.Qeyd edək ki, Srna 2003-2018-ci illərdə "Şaxtyor"da çıxış edib.