1 aprel 2026. Çərşənbə

Regekampf Neftçi'dən gedir?


  • Transfer
  • 17:58 01.05.2023
  • Oxunma sayı: 96
Regekampf Neftçi'dən gedir?
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf gələn mövsüm də postunda qalacaq. Corner.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı iddia edib.
 
48 yaşlı mütəxəssis ətrafındakı insanlara cari mövsümün nəticələrindən asılı olmayaraq, komandadakı fəaliyyətini davam etdirəcəyini bildirib.
 
Regekampfın çalışdırdığı “Neftçi” Premyer Liqada 3-cü pillədə qərarlaşmasına baxmayaraq, Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. “Ağ-qaralar” iyunun 3-də final görüşündə “Qəbələ” ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsi gələn ilin yayına qədərdi.






Transfer