“Qarabağ” “Trabzonspor”un hücumçusu Fode Koytada da israrını davam etdirir. Corner.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi artıq Qvineya millisinin forvardı üçün “bordo-mavililər”lə danışığa başlayıb.
Hazırda Super Liqanın digər təmsilçisi “Kasımpaşa”nın formasını geyinən Koyta yayda “Trabzonspor”a qayıdacaq. Lakin Qara dəniz təmsilçisi onu heyətdə saxlamaqda maraqlı olmadığı üçün yayda satmaq istəyir və bunun üçün rəsmi təklif gözləyir.
Qeyd edək ki, Fode Koytanın “Trabzonspor”la müqaviləsi gələn ilin yayına qədərdi.