“Bavariya”nın idman direktoru Həsən Salihamiciç müdafiəçisi Benjamin Pavardın müqaviləsini uzatmaqda maraqlı olduğunu təsdiqləyib.
Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi fransız futbolçu ilə yaxın günlərdə danışıqlar aparılacağını bildirib:
“Benjaminlə yeni müqaviləni müzakirə edəcəyik. Xoşbəxtəm ki, o, bizimlədir, hər şey onun xeyrinə işləyir və nəticələr çox yaxşıdır”.
Qeyd edək ki, 24 yaşlı oyunçu 2019-cu ildə "Ştuttqart"dan Münhen klubuna keçib.