İngiltərənin “Fulhem” klubu PSJ-nin hücumçusu Mauro İkardi ilə transfer etməyə yaxındır. Corner.az AS nəşrinə istinadən xəbər verir ki, bu keçidin məbləği təxminən 12 milyon avro olacaq.
PSJ müxtəlif bonuslar kimi daha 3 milyon avro qazana bilər. 30 yaşlı oyunçu ilə “Fulhem” arasında müqavilə ilə bağlı danışıqlar son mərhələdə olduğu bildirilib.
İkardi hazırda Türkiyənin “Qalatasaray” klubunda icarə əsasında çıxış edir. O, 21 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.2019-cu ildən parislilədə çıxış edən argentinalı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.