27 noyabr 2024. Çərşənbə

Super Liqa klubunda baş məşqçi istefası


  • Transfer
  • 09:25 03.05.2023
  • Oxunma sayı: 54
Super Liqa klubunda baş məşqçi istefası
Türkiyə “Girəsunspor” komandasının baş məşqçisi Hakan Keleş istefa verib. Corner.az xəbər verir ki, istefaya Super Liqa təmsilçisinin cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
 
Belə ki, Girəsun təmsilçisi bu mövsüm keçirdiyi 30 oyuna 27 xal toplayıb və 16-cı pillədə qərarlaşıb. Komanda elitanı tərk etməyə əsas namizədlərdən biri hesab olunur.
 
Keleş 2020-ci ilin yayından “Girəsunspor”a rəhbərlik edirdi. Komanda Super Liqaya məhz 51 yaşlı mütəxəssisin rəhbərliyi altında yüksəlmişdi.






Transfer