26 oktyabr 2024. Şənbə

Messi'nin PSJ'dən ayrılacağı dəqiqləşdi


  • Transfer
  • 19:30 03.05.2023
  • Oxunma sayı: 68
Messi'nin PSJ'dən ayrılacağı dəqiqləşdi

Argentinalı ulduz Lionel Messinin cari mövsümün sonunda Fransanın PSJ komandasını tərk edəcəyi dəqiqləşib.

Corner.az-ın məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, 35 yaşlı hücumçunun yayda Paris təmsilçisi ilə başa çatacaq müqaviləsinin müddətini uzatmayacağını bildirib. Ulduz oyunçunun atası Xorxe Messi oğlunun qərarını ötən ay klub rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, PSJ evdə "Loryan"a 1:3 hesabı ilə uduzduqları Liqa 1 oyunundan sonra düşərgəni icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollanan Lionel Messini iki həftəlik komandadan kənarlaşdırıb.







Transfer