26 oktyabr 2024. Şənbə

Aleks de Souza istefaya göndərildi


  • Transfer
  • 15:31 04.05.2023
  • Oxunma sayı: 65
Aleks de Souza istefaya göndərildi
Braziliyanın “Avai” klubu baş məşqçi Aleks de Souzanı istefaya göndərib. 
 
Corner.az xəbər verir ki, B Seriyasına mübarizə aparan klub 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
 
Aleks bu ilin yanvar ayından sözügedən komandaya rəhbərlik edirdi. “Avai” onun rəhbərliyi altında keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.






Transfer