26 oktyabr 2024. Şənbə

Super Liqa klubunda yeni baş məşqçi


  • Transfer
  • 15:38 04.05.2023
  • Oxunma sayı: 69
Super Liqa klubunda yeni baş məşqçi
“Girəsunspor”un yeni baş məşqçisi məlum olub. Corner.az xəbər verir ki, bir neçə gün öncə Hakan Keleşi istefaya göndərən Super Liqa təmsilçisi onu İrfan Buzla əvəz edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
 
İrfan Buz daha öncə “Bursaspor”, “Gənclərbirliyi”, “Yeni Malatyaspor”, “Osmanlıspor”, “Samsunspor” və “Kasımpaşa”nın da baş məşqçisi olub.
 
“Girəsunspor” bu mövsüm keçirdiyi 30 oyunda 27 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.






Transfer