Türkiyə millisinin baş məşqçisi Stefan Kunts postundan ayrılmayacaq. Corner.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlayıb.
Federasiya rəhbəri, dünən mətbuatda yayılan iddiaların əsassız olduğunu və almaniyalı mütəxəssisi istefaya göndərmək fikrində olmaqdılarını bildirib: “Hazırda belə bir məsələ müzakirə mövzusu deyil. Kuntsla yolumuza davam edəcəyik”.
Qeyd edək ki, Stefan Kuntsun TFF ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.