“Mançester Siti”nin sahibi “City Football Group” daha bir klubu alıb. Corner.az xəbər verir ki, adıçəkilən şirkət bu dəfə Braziliya “Bahia”sının səhmlərinə sahib olub.
Adıçəkilən komanda ötən mövsümün sonunda Braziliya ikinci divizionunda üçüncü yeri tutaraq A seriyasına yüksəlib. “City Football Group” klubun səhmlərinin 90%-ni alıb.
“Bahia” holdinqin 12-ci klubu olub. Şirkət həmçinin aşağıdakı klubların da sahibidi: “Mançester Siti” (İngiltərə), “Trua” (Fransa), “Palermo” (İtaliya), “Jirona” (İspaniya), “Lommel” (Belçika), “Montevideo Siti” (Uruqvay), “Nyu York Siti” (ABŞ), “Yokohama Marinos” (Yaponiya), “Melburn Siti” (Avstraliya), “Sijuan Jun” (Çin), “Mumbay Siti” (Hindistan).