5 iyul 2026. Bazar günü

Bavariya onun üçün danışıqları dayandırdı


  • Transfer
  • 11:48 05.05.2023
  • Oxunma sayı: 107
Bavariya onun üçün danışıqları dayandırdı
“Bavariya” Viktor Osimxeni transfer etmək fikrindən daşınıb. Corner.az xəbər verir ki, buna nigeriyalı futbolçunun transfer qiyməti səbəb olub.

“Napoli” 24 yaşlı hücumçusunun keçidindən təxminən 120-150 milyon avro tələb edir. Münhen təmsilçisi isə bu məbləğin yüksək olduğu qənaətindədir.
 
Buna görə də Bundesliqa təmsilçisi “Ayntraxt”dan Randal Kolo-Muani və “Atalanta”lı Rasmus Heylunda üçün danışıqlara başlamağı planlaşdırır.
 
Qeyd edək ki, Viktor Osimxenin Neapol təmsilçisi müqaviləsi 2025-ci ilin yayına qədərdi.






Transfer