5 oktyabr 2026. Bazar ertəsi

Krasnodar'ı Fransa klubuna dəyişdi


  • Transfer
  • 15:48 05.05.2023
  • Oxunma sayı: 124
Krasnodar'ı Fransa klubuna dəyişdi
“Lill” yarımmüdafiəçi Remi Kabelyanı birdəfəlik transfer etdiyini açıqlayıb. Corner.az xəbər verir ki, sözləşmənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.
 
Kabelya keçən il Rusiya təmsilçisi “Krasnodar”dan Fransa klubu “Monpelye”yə keçib. Bir neçə ay orada çıxış etdikdən sonra klubunu dəyişib və növbəti dayanacağı “Lill” olub.
 
33 yaşlı fransalı cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.






Transfer