26 oktyabr 2024. Şənbə

Premyer Liqa klubundan rekord transfer


  • Transfer
  • 09:37 06.05.2023
  • Oxunma sayı: 91
Premyer Liqa klubundan rekord transfer
“Uotford”un hücumçusu Joao Pedro gələn mövsümdən  “Brayton”da çıxış edəcək. Corner.az xəbər verir ki, braziliyalı forvardın transferi üçün klublar arasında danışıq artıq müsbət yekunlaşıb.

22 yaşlı futbolçu “Brayton” tarixinin ən bahalı oyunçusu olub. Komanda ən bahalı keçidini 2019-cu ildə Adam Vebsteri 22 milyon avroya alaraq həyata keçirmişdi. Pedronun transferi isə bundan baha başa gəlib.
 
“Transfer pəncərəsi”nin ilk günündə “sambaçı” yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. O, bu mövsüm Çempionşipdə keçirdiyi 35 oyunda 11 qol vurub.






Transfer