26 oktyabr 2024. Şənbə

İnyesta Yaponiya klubundan ayrılır


  • Transfer
  • 14:28 06.05.2023
  • Oxunma sayı: 125
İnyesta Yaponiya klubundan ayrılır

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Andres İnyesta yayda Yaponiya "Vissel Kobe"sindən ayrılacaq.

Corner.az "Nikkan Sports" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 38 yaşlı yarımmüdafiəçinin az forma şansı əldə etməsidi.

Qeyd edək ki, Andres İnyesta 2018-ci ildə "Vissel Kobe"yə keçib. Onun klubla müqaviləsi 2024-cü il yanvarın 31-dək qüvvədədir. Yarımmüdafəçi komandada 132 oyun keçirib, 26 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari ildə dörd matçda cəmi 59 dəqiqə meydanda olub.







Transfer