26 oktyabr 2024. Şənbə

Fransa klubu baş məşqçisiz qaldı


  • Transfer
  • 23:49 09.05.2023
  • Oxunma sayı: 73
Fransa klubu baş məşqçisiz qaldı
Fransanın “Nant” klubu baş məşqçi Antuan Kombuareni istefaya göndərib. Corner.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Komandanı mövsümün sonuna kimi Pyer Aristuinin çalışdıracağı diqqətə çatdırılıb.
 
Kombuare 2021-ci ilin əvvəlindən “Nant”ın "sükanı arxasında" idi. O, bu komandanı 2021/22 mövsümündə Fransa kubokunun qalibi edib. Bu mövsüm isə “Nant” Avropa Liqasında 1/16 finala, Fransa kubokunda finala qədər irəliləyib. Liqa 1-də isə komanda çox uğursuz mövsüm keçirir. 34 oyunda cəmi 32 xal toplamış “Nant” 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.






Transfer