1 aprel 2026. Çərşənbə

Kapitandan ayrılıq qərarı


  • Transfer
  • 00:23 10.05.2023
  • Oxunma sayı: 121
Kapitandan ayrılıq qərarı
"Barselona”nın kapitanı Serxio Buskets klubu tərk etmək qərarına gəlib. Corner.az “Marca”ya istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi bu barədə qərarını menecerlərinə bildirib.
 
Buskets yaxın vaxtlarda gedişini rəsmən açıqlaması gözlənilir.

Kataloniya klubunun baş məşqçisi Xavi Ernandes 35 yaşlı oyunçunu fikrindən daşındırmağa çalışsa da futbolçunun özü yeni təklifləri nəzərdən keçirmək istəyir.
 
Qeyd edək ki, 2008-ci ildən “Barselona”nın formasını geyinən Serxio Busketsin hazırkı sözləşməsi mövsümün sonuna qədərdi.






Transfer