- Transfer
- 21:53 26.11.2024
Almaniya "Bavariya"sının futbolçusu Tomas Müller mövsümün sonunda klubdan ayrılmaq istəyir.
Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, buna 33 yaşlı hücumçunun yeni baş məşqçi Tomas Tuxelin gəlişindən sonra az forma şansı əldə etdiyi səbəb olub.
Alman forvardın karyerasını ABŞ-da və ya Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir. Ulduz oyunçunun müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir
Qeyd edək ki, Müller bu mövsüm Münhen təmsilçisində 37 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə edib. O, 2008-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir.