İspaniyanın "Vilyarreal" klubu müdafiəçisi Raul Albiolla müqavilənin müddətini uzadıb.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
37 yaşlı oyunçunun yeni sözləşməsi 2024-cü ilin yayına qədər artırılıb.
Xatırladaq ki, Raul Albiol 2019-cu ildən "Vilyarreal"da çıxış edir. İspaniyalı oyunçu daha əvvəl ölkəsində "Real", “Xetafe” və “Valensiya” İtaliyada "Napoli" kimi klubların formasını geyinib.