Azərbaycanlı hücumçu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib. Corner.az xəbər verir ki, 31 yaşlı hücumçu yeni mövsümdən Berlin "Dinamo"sunuda çıxış edəcək.
Bu barədə Şimal-Şərq Regional Liqasında çıxış edən Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli forvardın sabiq klubu ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Xatırladaq ki, Dadaşov hazırda "Şalke"nin əvəzedici komandasında çıxış edir. O, 2017/18 mövsümündə məhz "Dinamo"nun uğurları üçün çalışıb.