Almaniyanın “Köln” klubu baş məşqçi Şteffen Baumqartla yeni müqavilə imzalayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Baumqart 2021-ci ilin yayından “Köln”ə rəhbərlik edir. Onun komandası bu mövsüm Bundesliqada 38 xalla 11-ci pillədə qərarlaşıb.