Növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək “Börnli” klubu artıq ilk transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, sözügedən klub bu mövsümün əvvəlində Mönhenqladbax “Borussiya”sından icarəyə götürdüyü Yordan Beyerin transfer hüquqlarını alıb.
“Börnli” 22 yaşlı müdafiəçi üçün Bundesliqa təmsilçisinə 15 milyon avro ödəyib. Gənc futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Beyer “Börnli”də 35 oyuna çıxıb, 1 qolla yadda qalıb. O, daha öncə ölkəsində “Borussiya” və “Hamburq”da oynayıb.