Türkiyə “Beşiktaş"ının sabiq baş məşqçisi Valerien İsmaelin yeni iş yeri müəyyənləşib. Corner.az xəbər verir ki, fransalı mütəxəssis bundan sonra İngiltərənin “Uotford” komandasının "sükanı arxası"nda olacaq.
Bu barədə Çempionşip təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Lakin 47 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, Valerien İsmael son olaraq “Beşiktaş”a rəhbərlik edib. O, 2022-ci ilin martından oktyabrına qədər bu komandanı 18 matça çıxarmışdı. İsmel daha öncə “Vest Bromviç, “Barnsli”, LASK, “Apollon”, “Volfsburq”, “Nürnberq” kimi komandalarda da baş məşqçi kimi çalışıb.