26 oktyabr 2024. Şənbə

De Xeanın yerinə Zommer?


  • Transfer
  • 16:47 11.05.2023
  • Oxunma sayı: 57
De Xeanın yerinə Zommer?
“Bavariya”nın qapıçısı Yann Zommer karyerasını İngiltərədə davam etdirə bilər. Corner.az xəbər verir ki, isveçrəli qolkiperin  xidmətində  “Mançester Yunayted” klubu maraqlıdır.
 
“Qırmızı şeytanlar” 34 yaşlı oyunçunu müqaviləsi yayda başa çatacaq olan David De Xeaya əvəzləyici görür. İngiltərə nəhəngi yayda təcrübəli oyunçu və Bundesliqa klubu ilə danışıqlara başlayacaq.
  
Qeyd edək ki, Yann Zommer “Bavariya”ya bu ilin yanvarında Mönhenqladbax “Borussiya”sından keçib. O, Münxen klubunun heyətində 20 oyunda 26 qol buraxıb.






Transfer