26 oktyabr 2024. Şənbə

Bellinqem Real'da?


  • Transfer
  • 16:54 11.05.2023
  • Oxunma sayı: 106
Bellinqem Real'da?
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqem “Real”la müqavilənin bütün detalları ilə bağlı anlaşıb. Corner.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano özünün tvitter səhifəsində yazıb.
 
O,19 yaşlı futbolçunun madridlilərlə anlaşdığını və səbirsizliklə “Real”a keçməyi gözlədiyini bildirib. İspaniya nəhənginin nümayəndələri bu ay “Borussiya” rəhbərliyi ilə görüşərək, təzminatın yekun məbləğini və transferin şərtlərini təsdiqləyəcəklər.
 
Qeyd edək ki, 19 yaşlı Bellinqem bu mövsüm “Borussiya”nın heyətində keçirdiyi 41 oyunda 13 qol vurub, 9 məhsuldar ötürmə verib.







Transfer