Fransanın “Monpelye” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə başlayıb. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Sürix”in müdafiəçisi Beçir Omeraqiçi transfer edib.
21 yaşlı futbolçu ilə azad agent kimi müqavilə imzalanıb. İsveçrə millisinin üzvü yeni komandasına iyulun 1-dən qoşulacaq.
Omeraqiç 2018-ci ildən oynadığı “Sürix”də 109 matça çıxıb. O, İsveçrə yığmasında da 4 oyun keçirib.