26 oktyabr 2024. Şənbə

Bundesliqa klubu onun transfer hüquqlarını da aldı


  • Transfer
  • 17:07 12.05.2023
  • Oxunma sayı: 73
Bundesliqa klubu onun transfer hüquqlarını da aldı
Almaniyanın “Köln” klubu İtaliya “Sampdoriya”sından icarəyə götürdüyü Yulian Şabonun transfer hüquqlarını da alıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Bundesliqa təmsilçisi alman oyunçuya görə İtaliya klubuna 2.5 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Şabo 2022-ci ilin yanvarından formasını geyindiyi “Köln”də 24 oyuna 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Sparta” (Rotterdam), “Qroningen” və “Spetsiya” kimi klubların da formasını geyinib.






Transfer