“Neftçi”nin keçmiş hücumçusu Mirabdulla Abbasova qalan borcu ödəyib. Corner.az xəbər verir ki, Oyunçuların Statusu və Transferi Komitəsi futbolçunun tələbinin təmin olunduğunu açıqlayıb.
Qeyd olunub ki, “1 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 2022-ci il sentyabrın 1-dəki razılaşmaya əsasən, “Neftçi” 80 min manatlıq kompensasiya məbləğinin 23 min 585 manat 50 qəpiyini vaxtında ödəməyib.
Abbasovun tələbindən sonra həmin məbləğ də oyunçuya ödənilib.