23 dekabr 2025. Çərşənbə axşamı

Atletiko'nu Milan'a dəyişir?


  • Transfer
  • 12:02 14.05.2023
  • Oxunma sayı: 108
Atletiko'nu Milan'a dəyişir?

 “Atletiko Madrid”in hücumçusu Alvaro Morata karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Corner.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, ispan forvardın xidmətində İtaliya nəhəngi "Milan" maraqlıdır.

Mənbənin məlumatına görə, “rossonyerlər”in rəhbərliyi Moratanı mövsümün sonunda müqaviləsi başa çatan isveç ulduz Zlatan İbrahimoviçə əvəzedici görür. Seriya A təmsilçisinin artıq yaxın vaxtlarda Madridə təklif verməyə hazırlaşdığı vurğulanıb.

Morata bu mövsüm Madrid klubunun heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer