26 oktyabr 2024. Şənbə

Çelsi Poçettino ilə bağlı qərarını verdi


  • Transfer
  • 14:05 14.05.2023
  • Oxunma sayı: 72
Çelsi Poçettino ilə bağlı qərarını verdi

İngiltərə “Çelsi”sinin gələcək mövsüm üçün yeni baş məşqçisi bəlli olub.

Corner.az xəbər verir ki, London klubunun rəhbərliyi argentinalı Poçettinonun komandanın "sükanı arxasına" gətirilməsi ilə bağlı qərar verib.

Bu barədə jurnalist Mett Lou öz şəxsi sosial şəbəkə hesabında yazıb.

O, yaxın vaxtlarda 51 yaşlı çalışdırıcı ilə rəsmi müqavilənin açıqlanacağını da qeyd edib.

İngiltərədə  “Tottenhem”, “Sauthempton” və İspaniyada “Espanyol”u çalışdıran təcrübəli mütəxəssisin son iş yeri Fransa PSJ-si olub.







Transfer