26 oktyabr 2024. Şənbə

Şenol Günəş Beşiktaşa bu futbolçuları transfer edəcək


  • Transfer
  • 11:50 15.05.2023
  • Oxunma sayı: 142
Şenol Günəş Beşiktaşa bu futbolçuları transfer edəcək

Türkiyənin "Beşiktaş" futbol klubu transfer işlərinə davam edir. Müqaviləsi bitənlərlə yanaşı bir neçə futbolçu ilə yollarını ayırmağı düşünən “Qara Qartal”ın orta hesabla 6 transfer edəcəyi gözlənilir.

Bu dəfə Beşiktaş rəhbərliyi müdafiə və hücum xəttinə üstünlük verəcək. 


Corner.az-ın məlumatına görə İngiltərə Premier Ligasında Everton formasını geyinən kolumbiyalı müdafiəçi Yerry Mina'nın meneceri ilə bu həftə danışıqlar aparmağı düşünən idarəçilər 30 yaşlı oyunçunun maddi tələblərini müzakirə edəcək. Şərtlər uyğun olarsa, Beşiktaş ilk müqaviləni vaxt keçmədən imzalamaq istəyir.

Hücum xəttində hədəf Raul Ximenes’lə də danışıqları davam etdirən Beşiktaş oyunçunun verəcəyi qərarı gözləyir.


Volverhempton`la mövsüm sonunda sağollaşmaq fikrində olan 32 yaşındakı mərkəz hücumçusu öz ölkəsi Meksikadan təkliflər aldığı üçün qərarsızlıq yaşayır. Rəhbərlik oyunçunun qərarını tezliklə verməsini gözləyir. 2018/19 mövsümünün əvvəlində 38 milyon avroya "Benfika"dan "Vulverhempton"a keçən 32 yaşlı hücumçu İngiltərə yığması ilə 164 matçda 57 qol vurub, 24 məhsuldar ötürmə edib. Meksika Milli Komandasında 101 oyun keçirən Ximenes 29 qol vurub.


Digər tərəfdən, menecerlər vasitəsilə tövsiyə edilən Nottingham Forestdən Cessi Linqardla bağlı heç bir müsbət irəliləyiş yoxdur. Qeyd edilib ki, bu transfer barədə yenidən düşünülə bilər.

Baş məşqçi Şenol Günəş yeni mövsümdə Avropanın böyük liqalarında çıxış edən komandalardan transferlər etmək istəyir.


Uyğun qiymətli və keyfiyyətli futbolçuları heyətinə qatmaq istəyən “qara-ağlar” “Soutampton”, “Kremonez” və “Elçe” kimi komandaları və onların futbolçularını yaxından izləyir.

"Beşiktaş" rəsmiləri siyahıya "Kremoneze"nin hücumçusu David Okereke, "Sauthempton"un 10 nömrəli futbolçusu Co Aribo və "Elçe"nin yarımmüdafiəçisi Cerard Qumbaunu daxil edib.


Şəfəq Samed
















Transfer