26 oktyabr 2024. Şənbə

Beşiktaş kobud səhvlə yadda qalan qapıçısını transferə çıxarır


  • Transfer
  • 19:19 15.05.2023
  • Oxunma sayı: 96
Beşiktaş kobud səhvlə yadda qalan qapıçısını transferə çıxarır

Bakıda "Sabah"a qarşı keçirdikləri xeyriyyə oyununda kobud səhvlə yadda qalan Türkiyə "Beşiktaş"ının qapıçısı Ersin Destanoğlu transferə çıxarılacaq.

Corner.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı qolkiper üçün gələn təklifləri dəyərləndirəcək.

"Qara qartallar" 2026-cı ilədək müqaviləsi olan gənc çərçivə qoruyucusunun satışından ən azı 3 milyon avro gəlir götürməyi planlaşdırır.

Qeyd edək ki, Ersin Destanoğlu 3:3 hesabı ilə başa çatan matçda "Sabah"ın hücumçusu Davit Volkovun vurduğu qol zamanı kobud səhvə yol verib.







Transfer