26 oktyabr 2024. Şənbə

Xabi Alonso Real Madrid'in baş məşqçisi olacaq?


  • Transfer
  • 20:58 15.05.2023
  • Oxunma sayı: 131
Xabi Alonso Real Madrid'in baş məşqçisi olacaq?
Xabi Alonso Real Madridi idarə edəcək? “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Real Madrid”lə bağlı iddialardan danışıb. 

Corner.az xəbər verir ki, Bundesliqanın səkkizinci həftəsində “Bayer Leverkuzen”ə təyinat alan ispaniyalı baş məşqçi Xabi Alonso çıxışı ilə diqqət çəkib.
Liqa çempionluğunu əzəli rəqibi “Barselona”ya uduzan “Real Madrid”də mövsümün sonu üçün adı hallanan namizədlərdən biri də Xabi Alonso olub. Hazırkı baş məşqçi Karlo Ançelottinin adı isə Braziliya Milli Komandası ilə keçir.
Xabi Alonso isə növbəti mövsümdə Bayer Leverkuzendə çalışmağa davam edəcəyini açıqlayıb.

Digər tərəfdən, Bayer Leverkuzen, Benfika ilə müqaviləsi başa çatan ispan sol cinah müdafiəçisi Alejandro Qrimaldonu transfer etdiyini rəsmən açıqladı.

Aytəkin Cəlali






Transfer