5 oktyabr 2026. Bazar ertəsi

Premyer Liqa klubundan 17 milyonluq TRANSFER


  • Transfer
  • 23:46 15.05.2023
  • Oxunma sayı: 144
Premyer Liqa klubundan 17 milyonluq TRANSFER
İngiltərənin “Nottingem Forest” klubu bu ilin əvvəlində “Nyukasl”dan icarəyə götürdüyü Kris Vudun transfer hüquqlarını alıb.
 
Corner.az xəbər verir ki, 31 yaşlı forvardın transferi üçün “Nyukasl”a 17 milyon avro ödənilib.
 
Təcrübəli hücumçu yanvarda bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Nottingem Forest” yarım mövsümlük icarə üçün də “Nyukasl”a 4.5 milyon avro ödəyib.
 
Qeyd edək ki, Kris Vud bu müddət ərzində “Nottingem Forest”də 7 oyuna çıxıb və cəmi 1 qol vurub.






Transfer