26 oktyabr 2024. Şənbə

Barselona 60 min avroya futbolçu transfer edir


  • Transfer
  • 15:34 16.05.2023
  • Oxunma sayı: 122
Barselona 60 min avroya futbolçu transfer edir

“Barselona” “Atletiko Paranaense”nin hücumçusu Vitor Rokeni transfer etmək istəyir.

 

Corner.az xəbər verir ki, İspaniya klubu bu keçid üçün 45 milyon avro ödəməyə hazırdı.

Mümkün transferin yekun məbləği hələ müəyyənləşməyib. Lakin kataloniyalılar keçid məbləği ilə yanaşı, qarşı tərəf üçün müxtəlif bonuslar da təklif edəcək.

 

18 yaşlı forvardın Braziliya klubu ilə sözləşməsində sərbəst qalma məbləği 60 milyon avro göstərilib. “Barsa”nın təklifi də bonuslarla birlikdə 60 milyon avroya yaxın olacaq.

Vitor Roke “Arsenal”, “Çelsi”, “Nyukasl” və PSJ-nin də gündəmindədi. Braziliya millisinin üzvünün “Atletiko Paranaense” ilə müqaviləsi 2027-ci ilə qədərdi.







Transfer