26 oktyabr 2024. Şənbə

“Neftçi” “Qəbələ”dəki braziliyalını istəyir


  • Transfer
  • 18:07 16.05.2023
  • Oxunma sayı: 60
“Neftçi” “Qəbələ”dəki braziliyalını istəyir

“Qəbələ”nin yarımmüdafiəçisi Rafael Utziq yayda komandasını dəyişə bilər.


Corner.az saytının məlumatına görə, braziliyalı futbolçunun Premyer Liqada qalmaq ehtimalı yüksəkdi.

Çünki “Neftçi” hələ də 27 yaşlı hücumameyilli oyunçunun xidmətində maraqlıdı. Paytaxt təmsilçisi hələ ötən yay Utziqi heyətinə qatmağa çalışsa da, futbolçu “qırmızı-qaralar”da qalmağı üstün tutmuşdu.


“Ağ-qaralar” yenidən Utziqlə danışığa başlayıb. “Sambaçı”nın “Qəbələ” ilə müqaviləsi iyunun sonuna qədər olduğundan, o, “Neftçi”yə azad agent kimi keçə bilər. Ancaq bölgə təmsilçisi də aparıcı oyunçusuna yeni müqavilə təklif edib.

 

Qeyd edək ki, Rafael Utziq 2020-ci ildən “Qəbələ”də çıxış edir.







Transfer