26 oktyabr 2024. Şənbə

Edson Alvares üçün iki alman nəhəngi mübarizəyə başladı


  • Transfer
  • 18:32 16.05.2023
  • Oxunma sayı: 90
Edson Alvares üçün iki alman nəhəngi mübarizəyə başladı
"Bavariya" və "Borussiya Dortmund" "Ayaks"dan Edson Alvares almaq üçün mübarizə aparır. 

Corner.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna görə "Ayaks" 40 milyon avro istəyib. 

Qeyd edək ki, iki alman nəhəngi Hollandiya yığmasının yarımmüdafiəçisi ilə ciddi maraqlanır. 

Edson Alvaresin isə Ayaks ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var. O, Ayaks ilə 144 rəsmi matçda 13 qol vurub və 6 məhsuldar ötürmə edib. 25 yaşlı futbolçunun əsas mövqeyi ön müdafiəçi olsa da, karyerasında 86 dəfə müdafiəçi, 10 dəfə isə sağ cinah müdafiəçisi kimi çıxış edib.

Aytəkin Cəlali 






Transfer