- Transfer
- 23:31 31.03.2026
Əfsanəvi portuqaliyalı futbolçu Deko sabiq komandası “Barselona”da çalışa bilər.
Corner.az xəbər verir ki, Kataloniya klubu ona yeni vəzifə vermək niyyətindədi. İspanlar Dekonu idman direktoru təyin etməyə hazırlaşır. Hətta tərəflər arasında razılığın əldə olunduğu və təyinatın tezliklə elan ediləcəyi bildirilir.
Prezident Joan Laporta Dekonun idman direktoru kimi kluba
uzunmüddətli layihədə kömək edəcəyinə əmindi.
Qeyd edək ki, Mateu Alemani bir neçə gün əvvəl idman direktoru
postundan ayrıldığını açıqlayıb.