- Transfer
- 23:31 31.03.2026
"Beşiktaş"ın ulduzu Gedson Fernandesə Hollandiya nəhəngi
talib çıxıb. İdman direktoru Ceyhun Kazancı daha əvvəl 20 milyon avroluq təklif
alınacağı təqdirdə Gedson Fernandesi satmağı düşünəcəklərini bildirmişdi.
Corner.az xəbər verir ki, “Beşiktaş”ın idman direktoru Ceyhun Kazancı NTV-yə müsahibəsində transfer haqqında danışıb:
“Gedson Fernandes üçün hələ ki, rəsmi təklif yoxdur. 20 milyon avrodan çox təklif olsa, onu nəzərdən keçirəcəyik. Onun ən azı 1 il daha komandada qalmasını istəyirik.
Onun ödənişinin yarısı bizdə, yarısı Benfikadadır. Benfika məbləğin yarısını öz üzərinə götürüb. Ona görə də gözləntilərimiz böyükdür”.