- Transfer
- 21:22 26.11.2024
Ekvadorun “İndependiente” klubunun yarımmüdafiəçisi Kendri Paesin “Çelsi”yə keçəcəyi tarix müəyyənləşib.
Corner.az xəbər verir ki, “İndependiente”nin direktoru
Santyaqo Morales buna aydınlıq gətirib.
O bildirib ki, Dortmund “Borussiya”sı və “Mançester
Yunayted”dən təklif alsalar da, “Çelsi” ilə anlaşıblar. Razılığa əsasən, 16
yaşlı pleymeyker 2025-ci ildə “Çelsi”yə qoşulacaq. Bu keçid ingilislərə 20
milyon avroya başa gəlib.
Qeyd edək ki, Kendri Paez bu mövsüm “İndependiente”nin heyətində
6 oyunda 1 qol vurub.