- Transfer
- 13:54 26.11.2024
Belçikanın "Gent" klubunun
futbolçusu Gift Emmanuel Orban karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az xəbər verir ki, 21 yaşlı hücumçu ilə
"Mançester Yunayted", "Çelsi", "Tottenhem" və
"Fulhem" maraqlanır.
Klublar artıq nigeriyalı oyunçunu izləmək üçün
öz skautlarını da göndəriblər. Belçika təmsilçisi Orban üçün böyük məbləğ tələb
edəcək.
Qeyd edək ki, Gift Emmanuel Orban cari mövsüm
19 oyunda 19 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2027-ci
ilin yayınadək qüvvədədir. Forvard evdə "Qarabağ"a 1:0 hesabı ilə
qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında
komandasının yeganə qoluna imza atmışdı. İlk görüşdə eyni hesabla yenilən
meydan sahibləri penaltilər seriyasının ardından mərhələ adlayan tərəf olub.